Normal view

Yesterday — 17 December 2025Main stream

“Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi

17 December 2025 at 21:31

“Sumqayıt” komandasının qış hazırlıq planları bəlli olub.

Komanda.az xəbər verir ki, Saşa İliçin yetirmələri Premyer Liqada dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komanda 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

“Kimyaçılar” 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

The post “Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi appeared first on Komanda.az.

Before yesterdayMain stream

“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi

15 December 2025 at 21:09

“Sumqayıt”ın məşqçisi Şahin Abdullayev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

“Gözlənilən kimi ağır oyun oldu. Motivasiya baxımdan “Neftçi”nin futbolçuları daha üstün idilər. Lakin bizim də bəlli bir planımız var idi. Bəzi futbolçuları ehtiyatda saxladıq. Onları 70-ci, 80-ci dəqiqədə buraxdıq və planımız işə yaradı.

Nadir oyunun ən yaxşı futbolçularından biri oldu. Lakin təcrübəsinə görə onun “Neftçi”yə qarşı oyunda çətinlik çəkəcəyini düşünürdük.

Biz 1-ci hissədə topu saxlaya bilmirdik. Fasilədə oyunçularımıza topu saxlamaları və daha sakit oynamaları tapşırıldı. 2-ci hissədə, 60-cı dəqiqədən etibarən oyunu ələ ala bildik”.

Nəzrin

The post “Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi appeared first on Komanda.az.

❌
❌