Normal view

Today — 27 December 2025Main stream

İngiltərə klubu baş məşqçi postuna Terrinin namizədliyini nəzərdən keçirir

27 December 2025 at 11:23

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri karyerasında yeni mərhələyə başlaya bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Çempionşipdə mübarizə aparan “Oksford Yunayted”in rəhbərliyi 45 yaşlı mütəxəssisi komandanın baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir.

Con Terri indiyədək baş məşqçi kimi çalışmayıb. O, daha əvvəl “Lester” və “Aston Villa” klublarında məşqçilər heyətinin üzvü olub, həmçinin “Çelsi”nin akademiyasında fəaliyyət göstərib.

“Oksford Yunayted” Çempionşipdə 23 turdan sonra 22 xal toplayaraq turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. Komanda növbəti oyununu dekabrın 29-da doğma meydanda “Suonsi”yə qarşı keçirəcək.

The post İngiltərə klubu baş məşqçi postuna Terrinin namizədliyini nəzərdən keçirir appeared first on Komanda.az.

Before yesterdayMain stream

Sabiq kapitanı “Çelsi”nin əsas problemini açıqladı

25 December 2025 at 21:31

“Çelsi”nin sabiq kapitanı Con Terri London təmsilçisinin hazırkı əsas problemini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Çelsi”nin heyətində təcrübəli futbolçuların azlığının açıq şəkildə hiss olunduğunu bildirib:

“Düşünürəm ki, hazırda “Çelsi”də bir az təcrübə çatışmır. Yeni sahiblər bu cür yanaşma seçiblər və bu, normaldır. İndi klub əvvəlki sahibin dövründən fərqli bir üsulla nəticə qazanmağa çalışır. Sadəcə, komandada bir qədər təcrübə çatmır. Məncə, “Çelsi” Premyer Liqada ən gənc heyətə malik klublardan biridir. Təcrübəli, artıq çox şey qazanmış futbolçularla yanaşı oynadıqda, bu, gənc oyunçulara ciddi təsir göstərə bilər”.

Con Terri 1998–2017-ci illərdə “Çelsi”nin formasını geyinib.

“Çelsi” Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Sabiq kapitanı “Çelsi”nin əsas problemini açıqladı appeared first on Komanda.az.

❌
❌