Normal view

Yesterday — 21 December 2025Main stream

“Çelsi” icarədə olan futbolçu ilə bağlı qərar verib

21 December 2025 at 23:00

“Çelsi” hazırda “Bayern”də icarədə olan hücumçusu Nikolas Ceksonun gələcəyi ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu seneqallı futbolçunu komandaya qayıtdıqdan sonra satmaq fikrindədir. Ceksonun gələcəyi üçün nəzərdən keçirilən klublar arasında “Everton”, “Nyukasl”, “Aston Villa”, “Napoli” və “Atletiko” da var.

Forvardın “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin ortalarına qədərdir.

The post “Çelsi” icarədə olan futbolçu ilə bağlı qərar verib appeared first on Komanda.az.

Before yesterdayMain stream

Rəhbərlik Mareskanın davranışından narazıdır

20 December 2025 at 16:50

“Çelsi” rəhbərliyi baş məşqçi Enzo Mareskanın açıqlamalarından məmnun deyil.

Komanda.az “Guardian Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis son zamanlar klub rəhbərliyi ilə fikir ayrılıqlarını açıq şəkildə dilə gətirir, ancaq konkret konflikt detalları hələ məlum deyil.

Klub içərisində narazılıq əsasən Mareskanın komandada əldə etdiyi keçmiş uğurları tənqidi şəkildə vurğulamasından irəli gəlir. Rəhbərlik həmçinin, baş məşqçinin davranışındakı kəskin dəyişiklikdən məyus olub və hesab edir ki, o, bu vəzifəyə gətirilənədək Çempionşipdə çalışdığı və top səviyyədə çox da tələb olunmadığı üçün kluba minnətdar olmalıdır.

Enzo Mareskanın “Çelsi” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir və o, klubda keçən mövsümün əvvəlindən etibarən çalışır. Onun komandası UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Rəhbərlik Mareskanın davranışından narazıdır appeared first on Komanda.az.

Entso Mareska: “Cəfəngiyyata ayıracaq vaxtım yoxdur”

20 December 2025 at 15:00

“Çelsi”nin baş məşqçisi Entso Mareska Premyer Liqanın digər klubu “Mançester Siti”yə baş məşqçi təyin ediləcəyi ilə bağlı şayiəni təkzib edib.

Arena.az italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bunun mənə aidiyyəti yoxdur. Çünki bunun yüz faiz ehtikarlıq olduğunu bilirəm. Belə cəfəngiyyata ayıracaq vaxtım yoxdur”, deyə Mareska vurğulayıb.

Xatırladaq ki, Entso Mareska 2024-cü ilin yayından “Çelsi”yə rəhbərlik edir. “Zadəganlar” bu mütəxəssisin rəhbərliyi altında 89 oyun keçiriblər, 55 qələbə, 14 heç-heçə, 20 məğlubiyyət görüblər.

İtaliyalı mütəxəssis əvvəllər “Lester Siti”, “Parma” və “Mançester Siti”nin U-23 komandasında da baş məşqçi olub.

“Mançester Siti”yə isə uzun illərdir ispaniyalı mütəxəssis Xosep Qvardiola rəhbərlik edir. Amma son iki mövsümdəki uğursuz nəticələrə görə Qvardiolanın “şəhərlilər”dən ayrılacağı barədə xəbərlər dolaşmaqdadır.

Mareska adının “Mançester Siti” ilə hallanması haqda danışdı

19 December 2025 at 16:55

“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Mançester Siti”ni çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bunun onu maraqlandırmadığını deyib:

“Bu məni maraqlandırmır, çünki bunun 100 faiz şayiə olduğunu bilirəm. Belə şeylərə vaxtım yoxdur. Burada müqaviləm var, ehtimal ki, 2029-cu ilə qədər. Mən bu klub üzərində cəmləşmişəm və burada olduğum üçün qürur duyuram.

Bir həftə öncə “Yuventus”la bağlı da eyni hal baş verdi. Mən buna fikir vermirəm. Əsas odur ki, bu xəbərlər niyə ortaya çıxıb, anlamaq lazımdır, amma bunlar sadəcə şayiələrdir”.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Mareska adının “Mançester Siti” ilə hallanması haqda danışdı appeared first on Komanda.az.

Anri “Çelsi”nin əsas fəsadını açıqladı

14 December 2025 at 14:00

Futbol üzrə Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri İngiltərənin “Çelsi” klubunun əsas fəsadı ilə bağlı qənaətini açıqlayıb.

Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Çelsi”nin, rəqibin müdafiəsini Koul Palmersiz yarmaq üçün alətləri yoxdur. Onların hücumameyilli oyunçularından kiminsə Palmer səviyyəsində olduğunu düşünmürəm. bəzi futbolçuları isə artıq, yorulmuş gözə dəyirlər”, deyə Anri vurğulayıb.

Xatırladaq ki, “Çelsi” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 16 oyuna topladığı 28 xalla 4-cü pillədə qərarlaşıb. “Zadəganlar” 16 oyunda 8 qələbə qazanıblar, 4 heç-heçə və 4 məğlubiyyət görüblər.

London təmsilçisi UEFA Çempionlar Liqasında da 6 oyuna 10 xal toplayıb və 13-cü sırada qərarlaşıb. “Zadəganlar” bu görüşlərdə 3 qələbə qazanıblar, 1 heç-heçə ediblər, 2 məğlubiyyətə üzülüblər.

Entso Mareska – Premyer Liqada noyabrın ən yaxşısı!

12 December 2025 at 19:00

“Çelsi”yə rəhbərlik edən italiyalı futbol mütəxəssisi Entso Mareska İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Mareskalı “Çelsi” noyabr ayında Premyer Liqa çərçivəsində keçirdiyi 4 oyunun üçündə qələbə qazanıb.

İtaliyalı mütəxəssis səsvermədə Mikel Arteta (“Arsenal”), Unai Emeri (“Aston Villa”), Xosep Qvardiola (“Mançester Siti”), Fabian Hürtseler (“Brayton”) və Marko Silva (“Fulhem”) kimi məşqçiləri geridə qoyub.

Mareska karyerasında ikinci, cari mövsümdə isə ilk dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi mükafatını alır. O, 2024-cü ilin sentyabrında da oxşar mükafata layiq görülmüşdü. Cari mövsümdə ilk belə mükafat “Liverpul”u çalışdıran Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda isə “Mançester Yunayted”ə rəhbərlik edən Ruben Amorim ən yaxşı seçilmişdi.

Xatırladaq ki, Entso Mareska 2024-cü ilin yayından “Çelsi”yə rəhbərlik edir. “Zadəganlar” bu mütəxəssisin rəhbərliyi altında 87 oyun keçiriblər, 53 qələbə, 14 heç-heçə, 20 məğlubiyyət görüblər.

İtaliyalı mütəxəssis əvvəllər “Lester Siti”, “Parma” və “Mançester Siti”nin U-23 komandasında da baş məşqçi olub.

❌
❌