“Pedrini dünyanın ən yaxşı oyunçularından biri hesab edirəm”
“Atletiko”nun hücumçusu Xulian Alvares dünya futbolunun ən güclü oyunçularından biri kimi “Barselona”nın yarımmüdafiəçisi Pedrini gördüyünü etiraf edib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu, arzu etdiyi komandanı seçərkən Kataloniya klubunun futbolçusunun adını çəkib:
“Pedrini dünyanın ən yaxşı oyunçularından biri hesab edirəm”.
Alvaresin adı uzun müddətdir “Barselona”ya mümkün keçidlə hallanır. Şayiələrə görə, 26 yaşlı hücumçu kataloniyalıların heyətində çıxış etməyə müsbət yanaşır. Ancaq bu keçidin qarşısını ala biləcək əsas maneə onun üçün müəyyən edilən 100 milyon avrodan artıq yüksək transfer qiymətidir.
Pedri 2025-ci ildə “qızıl top”un səsverməsinin nəticələrinə əsasən 11-ci yeri tutub.
The post “Pedrini dünyanın ən yaxşı oyunçularından biri hesab edirəm” appeared first on Komanda.az.