“Mançester Yunayted” yarımmüdafiəçi axtarır
“Mançester Yunayted” qış transfer pəncərəsində yarımüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi bu mövqedə seçim azlığının baş məşqçi Ruben Amorimin işini ciddi şəkildə çətinləşdirdiyini anlayır.
Bu səbəbdən, “qırmızı şeytanlar” problemli zonanı gücləndirmək üçün aktiv şəkildə variantları dəyərləndirir. Rəhbərlik yanvarda yarımmüdafiəçi mövqeyinə ediləcək demək olar ki, istənilən transferin uğurlu olacağına və komandanı daha da gücləndirəcəyinə inanır.
“Mançester Yunayted”in maraq dairəsində “Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Ruben Neveş yer alır.
Amorimin komandası İngiltərə Premyer Liqasında 17 turdan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
The post “Mançester Yunayted” yarımmüdafiəçi axtarır appeared first on Komanda.az.