Normal view

Before yesterdayMain stream

Ölkə çempionatının tarixi müəyyənləşdi

25 December 2025 at 17:27

Güləş üzrə böyüklər arasında ölkə çempionatının vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, 7-11 yanvarda Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionlarının adları bəlli olacaq.

İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək.

Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.

İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi 7 yanvar 17:00-a təyin edilib.

The post Ölkə çempionatının tarixi müəyyənləşdi appeared first on Komanda.az.

Bəşir İsazadə ən yüksək kateqoriyaya yiyələndi

22 December 2025 at 19:00

Azərbaycanın güləş hakimi, beynəlxalq dərəcəli referi Bəşir İsazadə ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yiyələnib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu il U-23 Avropa çempionatında, U-20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan lənkəranlı referi Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldub. Bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanırlar.

Bəşir İsazadə ilə yanaşı, daha 2 referimiz də beynəlxalq kateqoriyalı ədalət təmsilçiləri sırasına qoşulub. Belə ki, oktyabrın 7-12-də Macarıstanın Tatabanya şəhərində təşkil edilmiş veteranların dünya çempionatında iş başında olan və imtahandan keçən Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) UWW-nin qərarı ilə 3-cü dərəcəli beynəlxalq hakim statusuna yiyələniblər.

Bununla da Azərbaycanın beynəlxalq hakimlərinin sayı 25-ə çatıb.

❌
❌