Normal view

Today — 16 December 2025Main stream

Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar

15 December 2025 at 23:30

Azərbaycan Güləş Federasiyası “Güləş Qarabağda” kampaniyası çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədbir keçirib.

Komanda.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyilə təşkil edilən tədbir ali təhsil ocağının akt zalında baş tutub.

Tanınmış güləşçilər, nüfuzlu yarışların qalib və mükafatçıları – Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev, həmçinin çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani tələbələr önündə çıxış edib.

Onlar qələbəyə gedən yolun hamar olmadığını, dəfələrlə müxtəlif maneələrlə üzləşdiklərini, ancaq heç vaxt ruhdan düşməyərək mübarizə apardıqlarını və nəticədə uğurlara nail olduqlarını bildirib, gəncləri daim mübariz ruhda olmağa, milli şüur altında mənəvi dəyərlərə riayət etməyə səsləyiblər.

Daha sonra maraqlı viktorina keçirilib. Müxtəlif suallarla tələbələrin güləşlə bağlı bilikləri yoxlanılıb. Test vasitəsilə həm də bu idman növü ilə bağlı daha ətraflı məlumat toplamağa şərait yaradılıb. Böyük maraqla qarşılanan və ciddi mübarizə şəraitində keçən viktorinanın qaliblərinə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra tələbələr güləşçilərə müxtəlif suallar ünvanlayıb və onlardan avtoqraf alıb. Sonda xatirə şəkli çəkdirilib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan güləşini və güləşçisini təbliğ etmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdir.

The post Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar appeared first on Komanda.az.

Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər

15 December 2025 at 23:00

Azərbaycanın tanınmış güləş simaları Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə “Güləş Qarabağda” devizi altında Qarabağ və Şərqi Zəngəzura səfər həyata keçiriliblər.

Komanda.az xəbər verir ki, səfərdə həmçinin Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri iştirak ediblər.

Nümayəndə heyəti bu gün Xankəndi şəhərində olub. Qonaqlar əvvəlcə Nizami Gəncəvi adına 4 saylı orta məktəbə baş çəkib. Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev kimi tanınmış güləşçilər məktəblilər tərəfindən böyük coşğu və maraqla qarşılanıb. Tanınmış güləşçilərlə şəkil çəkdirən, onlardan avtoqraf alan yeniyetmələr məktəbin stadionunda salınmış güləş xalçası üzərində müəyyən güləş elementləriylə tanış olub.

Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzərianinin rəhbərlik altında keçirilən oyunlar tədbirə əlavə rəng qatıb. Şagirdlərə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd güləşin populyarlığını daha da artırmaq, tanınmış güləşçilərlə məktəblilərin ünsiyyətini təşkil etmək və gənc nəsilə “sağlam bədəndə sağlam ruh olar” düşüncəsini, vətənpərvərlik ruhunu aşılamaqdır.

The post Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər appeared first on Komanda.az.

❌
❌