“Fənərbağça”nın futbolçusu Braziliya yolunda
27 December 2025 at 18:00
“Fənərbağça”nın futbolçusu Fred kareyrasını Braziliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Atletiko Mineyro” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Klub Fred üçün “Fənərbağça” ilə danışıqlara başlayıb.
32 yaşlı futbolçu bu mövsüm Super Liqada 16 oyuna çıxıb.