Normal view

Yesterday — 3 February 2026Main stream

PFL rəsmisi: “İmişli”nin rəqiblərini başqa stadionda qəbul etməsi ən sonda veriləcək qərardır”

3 February 2026 at 15:30

Quba səfəri Premyer Liqa komandaları üçün ciddi sınağa çevrilib. Komandalar bərbad vəziyyətdəki ot örtüyündə oynamaq məcburiyyətində qalır və bu, oyunlara mənfi təsir göstərir. Maraqlıdır ki, bu problem bir neçə aydır davam etməsinə baxmayaraq, “İmişli” hələ də rəqiblərini Qubada qəbul edir.

Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Qurum rəsmisi Komanda.az-a açıqlamasında “İmişli”nin rəqiblərini başqa stadionda qəbul etməsinin ən sonda veriləcək qərar olduğunu bildirdi:

“İmişli” komandasının rəqiblərini başqa stadionda qəbul etməsi ən sonda veriləcək qərardır. PFL olaraq Quba Olimpiya İdman Kompleksi stadionunun daha yaxşı vəziyyətə gətirilməsi ilə bağlı “İmişli” klubuna rəsmi məktub ünvanlamışıq. Hazırda vəziyyəti nəzarətdə saxlayırıq və ümid edirik ki, durum yaxşılaşacaq. Əks təqdirdə, Əsasnamə tələblərinə uyğun olaraq növbəti addımlar atıla bilər. Qeyd etdiyiniz məsələ ilə bağlı (oyunları başqa stadionda keçirmək) bizə rəsmi müraciət gəlməyib”.

Fəxri Rüstəmli

The post PFL rəsmisi: “İmişli”nin rəqiblərini başqa stadionda qəbul etməsi ən sonda veriləcək qərardır” appeared first on Komanda.az.

❌
❌