“O, bunu mənə deyəndə sözün əsl mənasında titrədim” – Vinisiusun sevgilisi
“Real”ın vingeri Vinisius Juniorun fizioterapevti 26 yaşlı futbolçunun sevgilisi Virciniya Fonsekanın istifadə etdiyi tibbi preparatları belə, dopinq baxımından yoxlayır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı oyunçunun sevgilisi Vinisiusla münasibətlərindən sonra həyatında yaranan məhdudiyyətlərdən danışıb. Onun sözlərinə görə, adi tibbi prosedurlar belə, əlavə nəzarət tələb edir:
“Məsələn, ginekoloqa gedirəmsə və hansısa mazdan istifadə etməliyəmsə, əvvəlcə onu Vinisiusun fizioterapevti yoxlamalıdır. Çünki bu maddə dopinq testində üzə çıxa bilər. O, bunu mənə deyəndə sözün əsl mənasında titrədim. Düşündüm ki, “aman Allah, görəsən, bilmədən istifadə etməməli olduğum nəsə olub?” And içirəm, əllərim əsirdi. İndi istifadə etməyi planlaşdırdığım hər şeyi əvvəlcədən onun fizioterapevtlərinə göndərirəm. Bu, doğrudan da belədir”.
Peşəkar futbolçular üçün dopinq qaydaları son dərəcə sərt olduğundan, Vinisiusun ətrafında olan şəxslərin belə, istifadə etdiyi preparatlar risk yarada bilər. Bu səbəbdən, Vinisius mümkün problemlərin qarşısını almaq üçün maksimum ehtiyatlı davranır.
The post “O, bunu mənə deyəndə sözün əsl mənasında titrədim” – Vinisiusun sevgilisi appeared first on Komanda.az.