Normal view

Today — 28 October 2025Main stream

“Real”ın sabiq futbolçusu Vinisiusu qınadı

28 October 2025 at 16:54

İspaniya çempionatının 10-cu turunun mərkəzi qarşılaşmasında “Real” öz meydanında “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

“Santyaqo Bernabeu”dakı oyunda “kral klubu”nun vingeri Vinisius Junior 72-ci dəqiqədə əvəzlənib və meydanı tərk edərkən narazılığını gizlətməyib.

Komanda.az xəbər verir ki, “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos, braziliyalı futbolçunun reaksiyasını “Marca” nəşrinə belə şərh edib:

“Əla oyun keçirdiyin vaxt səni əvəzləyəndə, əlbəttə, narazı qalmaq təbiidir. Mənim də belə hallarım olub, amma heç vaxt birbaşa paltardəyişmə otağına getməmişəm. Düşünürəm ki, o, bir az sakitləşəndən sonra anlayacaq. Emosiyalarını cilovlaya bilərdi”.

“Real” qələbə sayəsində turnir cədvəlində xal fərqini “Barselona” ilə 5-ə yüksəldib. Belə ki, madridlilər 27 xalla liderliyini möhkəmləndirib, kataloniyalıların hesabında isə 22 xal var və komanda 2-ci pillədə qərarlaşıb.

The post “Real”ın sabiq futbolçusu Vinisiusu qınadı appeared first on Komanda.az.

Vinisius “Real”dan ayrılmağı düşünür

28 October 2025 at 10:07

“Real”ın hücumçusu Vinisius Junior komandadan ayrıla bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu Madrid klubundan ayrılmağı ciddi şəkildə düşünür. Oyunçu, statusunun, komandaya verdiyi töhfələrin qiymətləndirilmədiyini və baş məşqçi Xabi Alonso ilə münasibətlərinin getdikcə gərginləşdiyini düşünür. O, Alonsonun oyun planlarına və onun üslubuna uyğun gəlmədiyini hiss edir.

Baş məşqçiylə futbolçu arasında münaqişə xüsusilə, “Barselona”ya qarşı oyunda (2:1) şiddətli şəkildə alovlanıb.

Vinisiusun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post Vinisius “Real”dan ayrılmağı düşünür appeared first on Komanda.az.

Vinisius “Real”dan ayrılmaq istəyir – səbəb

28 October 2025 at 09:15

Braziliyalı futbolçu Vinisius Junior “Real”dan ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Braziliyalı vinger komandadakı statusundan narazıdır və ona layiqincə dəyər verilmədiyini düşünür. Vinisiusun eyni zamanda baş məşqçi Xabi Alonso ilə də münasibətləri qaydasında deyil.

Braziliyalının “Real”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm La Liqada 10 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Yesterday — 27 October 2025Main stream

Vinisiusdan Yamala: “Hə, indi danış görüm!”

27 October 2025 at 14:16

İspaniya La Liqasının 10-cu turunda “Real”ın “Barselona” üzərində 2:1 hesablı qələbəsindən sonra gərgin anlar yaşanıb.

Madrid klubunun braziliyalı hücumçusu Vinisius Junior görüş bitdikdən sonra “Barselona”nın futbolçusu Lamin Yamalla sözlə “atışıb”.

Komanda.az “Yahoo Sports”-a istinadən xəbər verir ki, Yamal paltardəyişmə otağına doğru gedərkən Vinisius ona yaxınlaşaraq qışqırıb:

“Sən topu ancaq arxaya ötürürsən! Çox danışırsan. Hə, indi danış görüm!”

Qarşılaşmadan sonra “Real” turnir cədvəlində 27 xalla liderliyini qoruyub. “Barselona” isə 22 xalla 2-ci pillədə qərarlaşıb. Xabi Alonsonun komandası əsas rəqibindən artıq 5 xal irəlidədir.

The post Vinisiusdan Yamala: “Hə, indi danış görüm!” appeared first on Komanda.az.

Before yesterdayMain stream

Xabi Alonso Vinisius Junioru təriflədi, Xose Bordalas şikayətləndi

23 October 2025 at 16:00

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorun oyununu qiymətləndirib. Arena.az xəbər verir ki, o, Vinisiusun İspaniya La Liqasının 9-cu turunda “Xetafe” ilə səfər oyunundakı çıxışı ilə bağlı bunları söyləyib: “Vinisius oyuna əsas təsir göstərdi. O, çox yaxşı idi, rəqibin müdafiəsinə fəsadlar yaşatdı…

Source

❌
❌