Normal view

Today — 13 February 2026Main stream

Ayxan Abbasov millimizin C Liqasına qayıdacağına inanır

12 February 2026 at 22:00

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, gənc mütəxəssis UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Ayxan Abbasov qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Rəqiblərimiz bilindi. Jomandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.

Xatırladaq ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

UEFA Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək. Azərbaycan millisinin oyunlarının rəsmi təqvimi və məkanları daha sonra müəyyənləşəcək.

Azərbaycan millisi Litva və Lixtenşteynlə qarşılaaşcaq

12 February 2026 at 21:30

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündəki rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün Belçikanın paytaxtı Brüsseldə UEFA Millətlər Liqasının növbəti mövsümünün püşkü atılıb.

Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisinin püşkatmaya D Liqasının 1-ci səbətindən qoşulacağı öncədən məlum idi. Burada 3 komandadan ibarət 2 qrup formalaşacaqdı. Püşkə əsasən, Azərbaycan millisi Litva və Lixtenşteyn yığmalarına rəqib olub. Bu qrupda yer almış komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matça çıxacaqlar.

Xatırladaq ki, UEFA Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabr ayında start veriləcək. Milli komandamızın bu rəqiblərlə oyunlarının təqvimi və məkanları daha sonra dəqiqləşəcək.

Azərbaycan millisinin UEFA Millətlər Liqasında rəqibləri bəlli olur

12 February 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündəki rəqibləri müəyyənləşəcək.

Arena.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma mərasiminə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisinin püşkatmaya D Liqasının 1-ci səbətindən qoşulacağı indidən məlumdur. Burada 3 komandadan ibarət 2 qrup formalaşacaq. Bu qruplarda komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matça çıxacaqlar.

D Liqasında iştirak edəcək iki yığma martda baş tutacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.

UEFA Millətlər Liqası
2026/2027-ci illər mövsümü

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu
2-ci səbət: Lixtenşteyn, Andorra

Pley-offda məğlub tərəf reytinqdə 49-52-ci yerlərdən birini tutsa, birinci səbətdə qalacaq. 53 və ya 54-cü yerdə qərarlaşsa, ikinci səbətə düşəcək. Bu cütlər püşkdə həmin yerlərin sahibləri kimi təmsil olunacaqlar.

Xatırladaq ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək. Qrup mərhələsinin son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda təşkil ediləcək.

❌
❌