Normal view

Today — 13 February 2026Main stream

Ayxan Abbasov millimizin C Liqasına qayıdacağına inanır

12 February 2026 at 22:00

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, gənc mütəxəssis UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Ayxan Abbasov qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Rəqiblərimiz bilindi. Jomandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.

Xatırladaq ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

UEFA Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək. Azərbaycan millisinin oyunlarının rəsmi təqvimi və məkanları daha sonra müəyyənləşəcək.

Azərbaycan millisi Litva və Lixtenşteynlə qarşılaaşcaq

12 February 2026 at 21:30

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündəki rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün Belçikanın paytaxtı Brüsseldə UEFA Millətlər Liqasının növbəti mövsümünün püşkü atılıb.

Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisinin püşkatmaya D Liqasının 1-ci səbətindən qoşulacağı öncədən məlum idi. Burada 3 komandadan ibarət 2 qrup formalaşacaqdı. Püşkə əsasən, Azərbaycan millisi Litva və Lixtenşteyn yığmalarına rəqib olub. Bu qrupda yer almış komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matça çıxacaqlar.

Xatırladaq ki, UEFA Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabr ayında start veriləcək. Milli komandamızın bu rəqiblərlə oyunlarının təqvimi və məkanları daha sonra dəqiqləşəcək.

❌
❌