Normal view

Today — 17 February 2026Main stream

Stas Pokatilov “Qəbələ” üzərində qələbəni şərh etdi

16 February 2026 at 23:30

“Sabah”ın qapıçısı Stas Pokatilov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş oyunu paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Stas Pokatilov matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Oyun həqiqətən də çox çətin keçdi. Son dəqiqələr xüsusilə gərgin alındı. Uzun müddətdir belə ağır və dramatik qarşılaşmamız olmamışdı. Əslində, daha rahat hesabla qalib gələ bilərdik. Amma çempionatın sonuna yaxınlaşdıqca bu cür çətin və gərgin oyunların sayının artacağını düşünürəm. Belə məqamda ən vacib olan nəticədir. Əsas məsələ qalib gəlməkdir.

Matçda bir neçə inanılmaz qurtarış oldu və bu, mövsümdə 12-ci “quru” oyunumuzdur. Statistik göstəriciləri daim izləməyə çalışmıram. Bəzən maraq xatirinə baxmaq olar, amma diqqətimi əsas məqsəddən yayındırmaq istəmirəm. Mənim üçün ən vacibi komandanın uğurudur və hər oyunda qələbə qazanmağımızdır. Şəxsi nailiyyətlər və digər məqamlar isə hər zaman ikinci plandadır”.

❌
❌