Normal view

Today — 26 May 2026Main stream

Stas Pokatilov “Sabah”la yeni müqavilə imzaladı

26 May 2026 at 20:00

Futbol üzrə Azərbaycan çempionatının sonuncu qalibi “Sabah” qazaxıstanlı qapıçısı Stas Pokatilov ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatmış sözləşmənin müddəti daha bir il uzadılıb. Bir sözlə, Pokatilov 2027-ci ilin 30 iyununadək “Sabah”ın uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Stas Pokatilov 2025-ci ilin yanvarından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandanın heyətində ümumilikdə 42 oyun keçirib, 40 qol buraxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb. Stasın “Sabah” karyerası bütövlükdə 61 oyun, 61 qol və 19 “quru” matçdan ibarətdir.

Pokatilov “Sabah”la 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.

Qazaxıstanlı qolkiper karyerası ərzində “Kayrat”, “Aktove”, “Tobol”, “Şaxtyor” (Karaqanda), “Akjayık”, “Rostov” kimi klublarda da forma geyinib.

2015-ci ildən Qazaxıstan millisinə dəvət alan qapıçı millinin heyətində 29 oyuna çıxıb, 58 qol buraxıb, 8 matçdan “quru çıxıb”.

❌
❌