Filip Ozobiç 70-ci qolunu vurdu, “23-lüy”ə düşdü
23 February 2026 at 13:30
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 21-ci turu Filip Ozobiç üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi turnirdə 70-ci qolunu vurub.
O, “Zirə” ilə ev oyununda (2:0) fərqlənib. Filip “70”ə 218-ci oyununda çatıb. Onun orta məhsuldarlığı 0,32-yə bərabərdir.
Premyer Liqada 2016/2017-ci illər mövsümündə debüt etmiş Ozobiç “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənmiş yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub.
- Nazim Əliyev – 183
- Müşfiq Hüseynov – 125
- Rövşən Əhmədov – 116
- Qurban Qurbanov – 115
- Samir Ələkbərov – 115
- Alay Bəhramov – 108
- Nadir Nəbiyev – 103
- Xaqani Məmmədov – 102
- Vadim Vasilyev – 102
- Kənan Kərimov – 101
- Musa Qurbanov – 94
- Fazil Pərvərov – 89
- Samir Musayev – 88
- Fərrux İsmayılov – 85
- İmamyar Süleymanov – 85
- Samir Əliyev – 84
- İsmayıl Məmmədov – 76
- İlham Məmmədov – 74
- Azər İsayev – 73
- Paşa Əliyev – 72
- Badri Kvaratsxeliya – 71
- Zaur Ramazanov – 70
- Filip Ozobiç – 70
Qeyd edək ki, Ozobiç “23-lük”də karyerasını davam etdirən yeganə futbolçudur.