Normal view

Yesterday — 28 February 2026Main stream

Laporta: “Barselona” yenə La Liqanın qalibi olacaq”

28 February 2026 at 16:00

“Barselona”nın sabiq prezidenti Joan Laporta kataloniyalıların 2025/2026-cı illər mövsümündə də İspaniya çempionu olacağını bildirib.

Arena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bütün çətinliklərə baxmayaraq, La Liqanı qazanacaqlarını söyləyib:

“Son üç finalda “Real”ı məğlub etdik. İndi geri qayıdıb “Atletiko”ya (“Barselona” İspaniya Kubokunun yarımfinalının ilk matçında “Atletiko”ya 0:4 hesabı ilə məğlub olub) meydan oxumalıyıq. Komandamız bütün çətinliklərə baxmayaraq, La Liqa çempionluğunu qazanacaq”, deyə Laporta inamla vurğulayıb.

Bu arada “Barselona”nın ispaniyalı keçmiş hücumçusu, hazırda Kataloniya klubunun idman rəhbərliyində vəzifə tutan Boyan Krkiç “blauqrana”nın əsas fəsadı ilə bağlı qənaətini açıqlayıb:

“Oyunçuların köklənməsi ilə bağlı fəsad görmürəm, amma müdafiədə necə fəaliyyət göstərmək gərək olduğunu bilmək lazımdır”, deyə Krkiç vurğulayıb.

Xatırladaq ki, “Barselona” İspaniya La Liqasının 25 turundan sonra 61 xalla turnir cədvəlinə başçılıq edir. “Real” 60 xalla ikinci, “Vilyarreal” isə 51 xalla üçüncü pillədə qərarlaşıb.

❌
❌