Normal view

Before yesterdayMain stream

Joan Laporta yenidən “Barselona”nın prezidenti seçildi

16 March 2026 at 10:00

Tanınmış futbol funksioneri Joan Laporta yenidən İspaniyanın “Barselona” klubunun prezidenti vəzifəsinə seçilib.

Arena.az bu barədə Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Barselona” klubu prezident seçkilərinin nəticələrini açıqlayıb. Laporta səslərin 68,18 faizini toplayaraq qalib gəlib. Onu 32 934 seçici dəstəkləyib. Laportanın rəqibi Viktor Fonta (29,78 faiz) 14 385 səs verilib.

Bülletenlərin 984-ü (2,04 faiz) boş qalıb.

Xatırladaq ki, 2021-ci ildən bu vəzifədə olan Joan Laporta 2003-cü ildən 2010-cu ilədək “Barselona”nın prezidenti vəzifəsini daşıyıb. O, bu seçkilərdə iştirak etmək üçün bir müddət öncə postundan istefa vermişdi. Beləliklə, o, 2031-ci ilə qədər Kataloniya təmsilçisinə rəhbərlik etməyə davam edəcək.

“Barselona” hazırda İspaniya La Liqasında 70 xalla turnir cədvəlinə başçılıq edir. Almaniyalı mütəxəssis Hansi Flikin rəhbərlik etdiyi komanda cari mövsümdə keçirdiyi 28 oyunda 23 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

❌
❌