Normal view

Yesterday — 20 March 2026Main stream
Before yesterdayMain stream

Yüksək Liqa: Müntəzəm mövsüm bitdi, pley-off cütləri bilindi

19 March 2026 at 19:00

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illərin müntəzəm mövsümü başa çatıb.

Arena.az xəbər verir ki, son olaraq bu gün 18-ci turun daha bir oyunu keçirilib.

“Abşeron” komandası səfərdə “Gəncə” ilə üz-üzə gəlib. Gəncə İdman Sarayında baş tutmuş qarşılaşma “Abşeron”un 3:2 (25:21, 23:25, 23:25, 25:18, 15:13) hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, turun daha əvvəl keçirilmiş oyunlarında “Azərreyl” “Gənclər”i 3:0, “DH Volley” “Milli Aviasiya Akademiyası”nı 3:2, “Turan” isə “Murov”u 3:1 hesabı ilə məğlub etmişdi.

Beləliklə, müntəzəm mövsümün nəticələrinə əsasən “Turan” (45 xal), “DH Volley” (40 xal), “Milli Aviasiya Akademiyası” (30 xal), “Gəncə” (27 xal), UNEC (23 xal), “Abşeron” (21 xal), “Azərreyl” (21 xal) və “Murov” (9 xal) pley-off mərhələsində iştirak hüququ qazanıblar. Xal toplamadan sonuncu olan “Gənclər” isə mübarizəni dayandırıb.

Pley-off mərhələsində 1/4 final və yarımfinallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları martın 27-də start götürəcək.

Pley-off mərhələsinin cütləri:

“Turan” – “Murov”
“DH Volley” – “Azərreyl”
“Milli Aviasiya Akademiyası” – “Abşeron”
“Gəncə” – UNEC

Yüksək Liqa: “Azərreyl”dən bir qələbə, bir məğlubiyyət

18 March 2026 at 21:00

Voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun daha üç oyunu keçirilib.

Arena.az xəbər verir ki, kişilərin yarışında “Azərreyl” “Xilasedici” ilə üz-üzə gəlib.

Beş setə qədər davam etmiş görüşdə “Xilasedici” 3:2 hesablı qələbəyə sevinib.

Qadınların mübarizəsində isə 2 matç baş tutub. “Azərreyl” “Gənclər”i 3:0, “DH Volley” isə “Milli Aviasiya Akademiyası”nı 3:2 hesabı ilə məğlub edib.

Xatırladaq ki, ötən gün kişilərin yarışında “Neftçi” “Gəncləri” (3:0), “Ordu” “Murov”u (3:2) məğlub edib. Qadınların mübarizəsində isə “Turan Tovuz” “Murov”dan güclü olub – 3:1.

Yüksək Liqa
18 mart

Kişilərin yarışı, 18-ci tur

“Azərreyl” – “Xilasedici” 2:3 (15:25, 25:20, 24:26, 25:23, 10:15)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Qadınların yarışı, 18-ci tur

“Gənclər” – “Azərreyl” 0:3 (15:25, 11:25, 13:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

“DH Volley” – “Milli Aviasiya Akademiyası” 3:1 (25:18, 22:25, 25:23, 25:18)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Yüksək Liqa: Müntəzəm mövsümün son turu başladı

17 March 2026 at 22:00

Voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər müntəzəm mövsümündə sonuncu tura start verilib.

Arena.az xəbər verir ki, bu gün kişilərin yarışında 18-ci turun iki oyunu baş tutub.

Qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında keçirilib. “Neftçi” “Gənclər”i 3:0, “Ordu” isə “Murov”u 3:2 hesabı ilə məğlub edib.

Qadınların mübarizəsində isə “Murov” “Turan”ın qonağı olub. Tovuz Olimpiya İdman Kompleksində baş tutmuş görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

Yüksək Liqa
17 mart

Qadınların yarışı, 18-ci tur

“Turan” – “Murov” 3:1 (25:13, 25:20, 21:25, 25:19)
Tovuz Olimpiya İdman Kompleksi.

Kişilərin yarışı, 18-ci tur

Neftçi” – “Gənclər” 3:0 (25:18, 25:14, 25:17)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Ordu” – “Murov” 3:2 (25:21, 20:25, 25:22, 23:25, 20:18)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Yüksək Liqa: “Abşeron”la “Turan”dan qələbə

12 March 2026 at 19:00

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 17-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Əvvəlcə “Abşeron” “Gənclər”i 3:0 (25:19, 25:20, 25:17) hesabı ilə məğlub edib. Ardınca isə “Turan” “Azərreyl”i 3:0 (25:14, 25:22, 25:18) hesabı ilə üstələyib.

Xatırladaq ki, ötən gün “DH Volley” UNEC-i (3:0), “Milli Aviasiya Akademiyası” “Gəncə”ni (3:2) məğlub etmişdi.

Yüksək Liqa
17-ci tur
12 mart

“Abşeron” – “Gənclər” 3:0 (25:19, 25:20, 25:17)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

“Azərreyl” – “Turan” 0:3 (14:25, 22:25, 18:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Xallar: Turan – 42. DH Volley – 37. Milli Aviasiya Akademiyası – 30. Gəncə – 25. UNEC – 23. Abşeron – 20. Azərreyl – 18. Murov – 9. Gənclər – 0.

Yüksək Liqa: Pley-off matçlarının vaxtı bəlli oldu

12 March 2026 at 15:00

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) pley-off mərhələlərinin başlayacağı tarix bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qadın komandalar arasında pley-off mərhələsinin oyunlarına martın 27-də start veriləcək. Kişilərin yarışında isə bu mərhələ aprelin 6-da başlayacaq.

Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək.

Qeyd edək ki, Yüksək Liqanın pley-off və yarımfinal oyunları 2 matçdan (ev-səfər) ibarət olacaq. İki görüşün yekununda komandaların qələbələri bərabər olarsa, “qızıl” set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun baş tutacaq.

Yüksək Liqa: “Gəncə” uduzdu, “DH Volley” qalib gəldi

11 March 2026 at 21:00

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 17-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Oyunlar UNEC-in və “Milli Aviasiya Akademiyası”nın idman zalında təşkil olunub. “DH Volley” kollektivi UNEC-i 3:0 (25:13, 25:15, 25:18) hesabıyla üstələyib. “Milli Aviasiya Akademiyası” isə “Gəncə”ni 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13) hesabı ilə məğlub edib.

Azərbaycan çempionatında 17-ci tura martın 12-də yekun vurulacaq.

Yüksək Liqa
17-ci tur
11 mart

UNEC – “DH Volley” 0:3 (13:25, 15:25, 18:25)
UNEC VK-nın idman zalı.

“Milli Aviasiya Akademiyası” – “Gəncə” 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13)
“Milli Aviasiya Akademiyası”nın idman zalı.

Yüksək Liqa: “Azərreyl” və “Neftçi”dən qələbə

10 March 2026 at 20:30

Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 17-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.

Abşeron Olimpiya İdman Kompleksində “Gənclər”lə qarşılaşan “Azərreyl” rahat qələbəyə sevinib.

Günün digər iki görüşü Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil edilib. “Xilasedici” “Ordu” ilə görüşdən asan qələbə ilə ayrılıb. “Murov”la qarşılaşan “Neftçi” isə bu turda çətin qələbəyə sevinib.

Yüksək Liqa
17-ci tur
10 mart

“Gənclər” – “Azərreyl” 0:3 (16:25, 17:25, 21:25)
Abşeron Olimpiya İdman Kompleksi.

“Murov” – “Neftçi” 2:3 (23:25, 25:22, 25:18, 23:25, 11:15)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

“Xilasedici” – “Ordu” 3:0 (25:19, 25:16, 25:23)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

❌
❌