Millinin sabiq futbolçusu karyerasını bitirdi
22 March 2026 at 11:38
Bolqarıstan millisinin sabiq futbolçusu İvelin Popov karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi “RB Sport”a açıqlamasında deyib.
Popovun son klubu ölkəsində “Arda” olub.
Yarımmüdafiəçi 2016/17 mövsümündə “Spartak”ın heyətində Rusiya çempionu adını qazanıb.
Popov milli komandada 90 oyunda 16 qol vurub.