Normal view

Yesterday — 7 April 2026Main stream

Vüqar Məmməd: “Bu gün “Zirə”nin günü deyildi”

7 April 2026 at 20:30

“Zirə”nin məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 26-cı turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Vüqar Məmməd matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamız çoxlu epizodlarla üstünlük nümayiş etdirirdi. 90 dəqiqə üstünlüyümüz var idi. 4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik. Sonda bərabərlik oldu. Böyük üstünlük bizim tərəfimizdə idi.

Biz oyundan-oyuna hazırlaşırıq, hər matça maksimum köklənirik. Yuxarı pillələrdə yer tutmaq istəyirik. Futboldur, hər şey ola bilər.

Bizdə penaltiləri Qismət Alıyevlə Ruan Renato vururlar. Son vaxtlarda Ruan vururdu. Yenə də o yaxınlaşdı. Penalti lotereyadır. Əlimizə düşən epizodları vura bilmədik. Demək olar ki, bizim günümüz deyildi”.

Xatırladaq ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sarı vərəqə limitinin dolmasına görə cəzalı olduğu üçün bu oyunu tribunadan izləyirdi.

❌
❌