Normal view

Yesterday — 10 April 2026Main stream

Luçano Spalletti “Yuventus”la yeni müqavilə bağladı

10 April 2026 at 20:00

Futbol üzrə İtaliya çempionatında mübarizə aparan “Yuventus” klubu baş məşqçisi Luçano Spalletti ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

67 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ilin yayında başa çatacaqdı.

Xatırladaq ki, Luçano Spalletti ötən ilin oktyabr ayından “Yuventus”a rəhbərlik edir. İtaliyalı mütəxəssis bu komandanı indiyə qədər 31 oyuna çıxarıb, 17 qələbə, 8 heç-heçə və 6 məğlubiyyət görüb. Turin təmsilçisi A Seriyasının cari mövsümündə 31 turdan sonra 57 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Spalletti məşqçilik karyerası ərzində “Empoli”, “Sampdoriya”, “Venesiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit”, “İnter” və “Napoli”yə də rəhbərlik edib. O, “Napoli”yə 1990-cı ildən bəri ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırıb. “Yuventus”dan öncə isə Spalletti İtaliya milli komandasının baş məşqçisi olub.

❌
❌