Normal view

Today — 29 October 2025Main stream

Totti: “Spalettinin təyinatı “Yuventus” üçün əla addım olar”

29 October 2025 at 11:47

“Roma”nın sabiq futbolçusu Françesko Totti italiyalı mütəxəssis Luçano Spalettinin “Yuventus”a baş məşqçi təyin olunması ehtimalı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun Turin klubu üçün yaxşı bir anlaşma ola biləcəyini söyləyib:

“Eşitdiyimə görə, Spaletti “Yuventus”a namizədlərdən biridir. Onun təyinatı klub üçün əla addım olar. Spaletti əla mütəxəssisdir və həmişə mümkün olan ən yüksək nəticələrə can atır. Bu, klub üçün yaxşı bir razılaşma olardı”.

Bu həftənin əvvəlində İqor Tudor “Yuventus”un baş məşqçisi vəzifəsindən azad edilib. Turin klubu A Seriyasında 8 oyundan sonra 8-ci yerdədir.

The post Totti: “Spalettinin təyinatı “Yuventus” üçün əla addım olar” appeared first on Komanda.az.

“Yuventus” bu gün yeni baş məşqçisini elan edə bilər

29 October 2025 at 10:55

“Yuventus” yaxın vaxtlarda baş məşqçi postuna Luçano Spallettinin təyin olunduğunu rəsmən elan edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 66 yaşlı mütəxəssislə razılığa gəlib və müqavilənin bu gün rəsmiləşdirilməsi gözlənilir.

Spalletti ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub, ancaq komanda UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, anlaşmanın müddəti 2027-ci ilin yayına qədər uzadılacaq. İtaliyalı çalışdırıcı ilk məşqini sabah keçirəcək.

Komandanın Spallettinin rəhbərliyi altında ilk oyunu noyabrın 1-də baş tutacaq və rəqib “Kremoneze” olacaq. “Yuventus”un əvvəlki baş məşqçisi İqor Tudor uğursuz nəticələr səbəbindən bir neçə gün öncə istefaya göndərilmişdi.

The post “Yuventus” bu gün yeni baş məşqçisini elan edə bilər appeared first on Komanda.az.

❌
❌