“Beşiktaş” Premyer Liqa klubunun planlarını pozdu
15 April 2026 at 20:15
”Beşiktaş”ın mövsümün sonunda Jota Silvanın satınalma hüququndan istifadə edəcəyi gözlənilsə də, Türkiyədən gələn son xəbərlər İngiltərə tərəfində ümidləri qırıb.
Futbolpress.az xəbər verir ki, Premyer Liqada qalıb-qalmayacağından asılı olmayaraq, yayda heyəti yenidən qurmağı planlaşdıran “Nottingem Forest” rəhbərliyi Jota Silvanın gedişini qəti hesab edirdi.
Lakin “Beşiktaş”ın portuqaliyalı vinger üçün nəzərdə tutulan yüksək satınalma məbləğini ödəmək niyyətində olmaması ingilislərin maliyyə planlarını pozub.
Bu vəziyyət Forest rəhbərliyini çətin seçim qarşısında qoyub. Jota Silvanın yay transfer pəncərəsi açıldıqda hansı klubda çıxış edəcəyi hələ də böyük sual işarəsi olaraq qalır.