Altay Bayındır Super Liqaya qayıdır
”Mançester Yunayted”də axtardığını tapa bilməyən Altay Bayındır yenidən Super Liqaya dönməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu dəfə o, keçmiş klubu “Fənərbaxça”nın deyil, “Beşiktaş”ın uğurları üçün çalışacaq.
İngiltərənin məşhur “Daily Mail” nəşrinin yaydığı məlumata görə, növbəti mövsüm üçün heyətdə ciddi dəyişikliklər etməyi planlaşdıran “Beşiktaş” Altay Bayındırla hər mövzuda razılığa gəlib. 28 yaşlı qolçunun yenidən İstanbula qayıtmağa yaşıl işıq yandırdığı bildirilir.
“Qara qartallar” hazırda İngiltərə nəhəngi ilə transfer məbləği barədə müzakirələri davam etdirir.
“Qırmızı şeytanlar” Altayı 2023-cü ildə “Fənərbağça”dan 5 milyon avroya transfer etmişdi. Hazırda tərəflərin razılığa çox yaxın olduğu və transferin qısa zamanda rəsmiləşəcəyi gözlənilir.