Vlahoviç “Milan”la “Yuventus” arasında
16 April 2026 at 19:30
”Milan” hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.
Futbolpress.az xəbər verir ki, “Qırmızı-qaralar”ın hədəfində “Yuventus”un serb ulduzu Duşan Vlahoviç var.
“La Gazzetta dello Sport”un məlumatına görə, gözlənilən performansı göstərə bilməyən Kristofer Nkunkunu satmağı planlaşdıran “Milan” onun yerini Vlahoviçlə doldurmaq istəyir.
Transferin pərdəarxasında maraqlı maliyyə detalları var:
Turin klubu illik 12 milyon avro qazanan 26 yaşlı hücumçuya maaşının ciddi şəkildə azaldılacağı qısamüddətli yeni müqavilə təklif edib. Vlahoviç isə bu təklifə qətiyyən isti baxmır.
“Milan” rəhbərliyi ulduz futbolçunu razı salmaq üçün ona hazırkı 12 milyon avroluq maaşından daha yüksək bir məbləğ təklif etməyə hazırlaşır.