Normal view

Today — 7 May 2026Main stream

Volkan Demirel “Gənclərbirliyi” ilə yenə erkən ayrıldı

5 May 2026 at 16:30

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasının baş məşqçisi Volkan Demirel istefaya göndərilib.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

44 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında görüş keçirilib. Tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmağa qərar veriblər.

Xatırladaq ki, Volkan Demirel ötən ilin oktyabr ayının sonunda “Gənclərbirliyi” komandasına baş məşqçi təyin edilmiş, lakin cəmi 2 ay sonra istefa vermişdi. Bu ilin mart ayında bu kluba qayıtmış Volkanın fəaliyyət müddəti yenə 2 ay sürüb.

Demirel sözügedən komandanı əvvəlki fəaliyyəti dövründə cəmi 6 oyuna çıxarmış, 3 qələbə və 3 məğlubiyyət görmüşdü. Bu dəfə isə o, “Gənclərbirliyi”nin sükanı arxasında 9 oyuna çıxıb, 2 qələbə, 1 heç-heçə və 6 məğlubiyyət görüb.

Demirel daha öncə “Fənərbağça”da köməkçi, “Karagümrük”, “Hatayspor” və “Bodrumspor”da baş məşqçi kimi çalışıb.

“Gənclərbirliyi” Türkiyə Super Liqasının cari mövsümündə 32 oyunda topladığı 28 xalla 16-cı pillədə qərarlaşıb.

❌
❌