Normal view

Before yesterdayMain stream

Volkan Demirel “Gənclərbirliyi” ilə erkən vidalaşdı

8 December 2025 at 11:00

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasının baş məşqçisi Volkan Demirel istefa verib.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

44 yaşlı mütəxəssis ötən gün Super Liqanın 15-ci turu çərçivəsində qarşılaşdıqları və 3:0 hesablı qələbəyə sevindikləri oyundan sonra gözlənilmədən istefa verdiyini açıqlayıb. Klub rəhbərliyi onun istefasını qəbul edib.

Qeyd edək ki, Volkan Demirel oktyabrın sonunda “Gənclərbirliyi” komandasına baş məşqçi təyin edilmişdi. Həmin vaxt tərəflər arasında 1,5 illik müqavilə imzalanmışdı. Demirel sözügedən komandanı cəmi 6 oyuna çıxarıb, 3 qələbə və 3 məğlubiyyət görüb.

Demirel daha öncə “Fənərbağça”da köməkçi, “Karagümrük”, “Hatayspor” və “Bodrumspor”da baş məşqçi kimi çalışıb.

“Gənclərbirliyi” Türkiyə Super Liqasının cari mövsümündə 15 oyunda 4 qələbə qazanıb, 2 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Sözügedən komanda 14 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

❌
❌