Normal view

Today — 4 July 2026Main stream

Kleman Lanqle “Atletiko”nu “Benfika”ya dəyişdi

4 July 2026 at 16:30

Madrid “Atletiko”sunun və Fransa milli komandasının müdafiəçisi Kleman Lanqle İspaniya klubunu tərk edərək “Benfika”ya keçib.

Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Lissabon təmsilçisi 31 yaşlı futbolçu qarşıdakı 2026/2027-ci illər mövsümünün sonunadək icarəyə götürüb. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, mövsümün sonunda Lanqlenin transfer hüququ Portuqaliya nəhənginə keçəcək və o, klubun tamhüquqlu futbolçusuna çevriləcək.

Məlumata görə, daimi transfer rəsmiləşdirildikdən dərhal sonra fransalı müdafiəçi ilə 2 illik yeni müqavilə imzalanacaq. Beləliklə, Lanqlenin “Benfika”dakı gələcəyi uzunmüddətli olacaq.

Təcrübəli müdafiəçi peşəkar karyerasına Fransanın “Nansi” klubunda başlayıb. Daha sonra “Sevilya”, “Barselona”, İngiltərənin “Tottenhem” və “Aston Villa” klublarında çıxış edib. O, 2025-ci ildə “Barselona”dan ayrıldıqdan sonra “Atletiko”ya keçmişdi.

Kleman Lanqle 2019-cu ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində 16 oyun keçirib, 1 qol vurub. Lanqle “xoruzlar”la 2021-ci ildə UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı mərkəz müdafiəçisinin trasnfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

❌
❌