Normal view

Today — 1 July 2026Main stream

Koke “Atletiko” ilə yeni müqavilə imzaladı

1 July 2026 at 19:00

İspaniyanın “Atletiko” (Madrid) klubu təcrübəli yarımmüdafiəçisi, komandanın kapitanı Koke ilə müqavilənin müddətini uzadıb.

Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

34 yaşlı futbolçunun yeni sözləşməsi 2027-ci ilin yayına – iyun ayının 30-na qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay bitirdi.

Xatırladaq ki, Koke “Atletiko”nun öz yetirməsidir. O, 2008/2009 mövsümündə bu klubun gənclər komandasında debüt edib, 2010/2011 mövsümündə isə əsas komandaya cəlb edilib. Futbolçu bütün karyerasını yalnız Madrid “Atletiko”suna həsr edib.

Ümumilikdə o, “döşəkçilər”in heyətində 740 oyun keçirib ki, bu da klub tarixində rekord göstəricidir. Yarımmüdafiəçi bu oyunlarda 50 qol vurub, 122 məhsuldar ötürmə verib. Geridə qalmış 2024/2025-ci illər mövsümündə ispan futbolçu 56 oyuna 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Koke “Atletiko” ilə 8 qənimət qazanıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2011/2012, 2017/2018).

Yarımmüdafiəçi 2013-cü ilin avqustunda debüt etdyi İspaniya yığma komandasının heyətində 70 oyun keçirib. O, bu görüşlərdə 8 məhsuldar ötürmə verib. İspan yarımmüdafiəçi “qırmızı qəzəb”in U-21 yığması ilə 2013-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet portalı 34 yaşlı Kokeni 5 milyon avro məbləğində qiymətləndirir. Kokenin klubla yeni müqavilə bağlaması futbolçunun bu gedişlə karyerasını elə Madrid təmsilçisində bitirməsi ehtimalını artırıb.

❌
❌