Kristof Pelissye “Oser”dən qovuldu
Futbol üzrə Fransa çempionatının 2025/2026-cı illər mövsümündə uğursuz çıxışı ilə diqqət çəkmiş “Oser” baş məşqçisi Kristof Pelissye ilə vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
60 yaşlı fransalı mütəxəssislə müqaviləyə xitam verilib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Kristof Pelissye 2022-ci ildən “Oser”i çalışdırırdı. Onun rəhbərliyi altında komanda ümumilikdə 140 rəsmi oyun keçirib. Oserlilər bu qarşılaşmalarda 50 qələbə, 38 heç-heçə, 52 məğlubiyyət görüblər.
Qeyd edək ki, başa çatmış 2025/2026-cı illər mövsümündə “Oser” Pelissyenin rəhbərliyi altında Fransa Liqa 1-də turnir cədvəlini 15-ci pillədə başa vurub. Komanda 34 oyunda 8 qələbə qazanıb, 10 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb və topladığı 34 xalla elitadakı yerini çətinliklə qoruyub.