Normal view

Today — 1 July 2026Main stream

Marko Palestra “Çelsi”də – Rəsmi

1 July 2026 at 19:20

İtaliyanın “Atalanta” klubunun sağ cinah müdafiəçisi Marko Palestra bundan sonra İngiltərə nəhənglərindən “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Çelsi” bu transfer üçün “Atalanta”ya 57 milyon avro ödəyib. 21 yaşlı futbolçu yeni klubu ilə 7 illik (2033-cü ilin 30 iyununadək) müqavilə imzalayıb.

Marko Palestra “Atalanta”nın yetirməsidir. Gənc futbolçu Berqamo klubunun əsas komandasının heyətində cəmi 16 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ötən mövsümü isə o, “Kalyari”də icarədə keçirib (37 oyun, 1 qol, 4 assist).

İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında da oynamış futbolçu bu il əsas millidə debüt edib və hələlik, 2 oyun keçirib.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

❌
❌