Normal view

Yesterday — 22 May 2026Main stream

Pedro Rodriges “Latsio”dan gedir – Rəsmi

22 May 2026 at 17:00

“Latsio”nun veteran sağ vingeri, 38 yaşlı ispan futbolçu Pedro Rodriges cari mövsümün sonunda İtaliya klubundan ayrılacaq.

Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Pedronun “Latsio” ilə mövcud müqaviləsinin müddəti bu yay başa çatacaq. Tərəflərin bundan sonra əməkdaşlığa son verəcəyi bildirilib.

38 yaşlı futbolçu azarkeşlərlə vidalaşarkən emosional açıqlama verib: “Piza”ya qarşı oyun mənim “Latsio” forması ilə son matçım olacaq. Ümid edirəm ki, hamınızı stadionda görəcəyəm. İnanıram ki, mənim üçün orada ola biləcəksiniz. Amma başa düşürəm ki, bu il hər kəs üçün çox çətin və ağır keçib. Bu üzdən də hər birinizin qərarına hörmətlə yanaşıram. Bu klubun formasını geyinməkdən qürur duydum. Mən həmişə sizdən biri olaraq qalacağam. İrəli, “Latsio”!

Pedro Rodriges futbola “San-İsidoro” klubunda qədəm qoyub və böyük futbolda debüt edib. Buradan “Barsleona”ya yol tapmış ispan futbolçu, ardınca “Çelsi” və “Roma”da çıxış edib.

Pedro “Roma”nın düşərgəsindən “Latsio”ya 2021-ci ilin avqustunda azad agent qismində qoşulub. O vaxt “canavarlar” ispan hücumçunun xidmətinə ehtiyac görməyiblər.

Cari mövsümdə Pedro “Latsio”nun heyətində 32 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Pedronun “qartallar”ın heyətində çıxışının ümumi mənzərəsi 208 oyun, 38 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Pedro Rodriges 2010-cu ilin may ayında debüt etdiyi İspaniya yığmasının heyətində 65 oyun keçirib, 17 qol vurub və 11 məhsudlar ötürmə verib.

Pedronun qənimətlər muzeyində “Barselona” ilə 5 İspaniya çempionluğu, 3 İspaniya Kuboku, 5 İspaniya Super Kuboku, 3 Çempionlar Liqası, 3 UEFA Super Kuboku, 2 FIFA Klub Dünya Kuboku, həmçinin “Çelsi” ilə İngiltərə çempionluğu, İngiltərə Kuboku və Avropa Liqası var.

İspaniya yığması ilə Pedro 2010-cu il dünya çempionatının və 2012-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı ispan veteran sağ cinah hücumçusunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

❌
❌