Normal view

Today — 21 May 2026Main stream

Yaqo Aspas 38 yaşında “Selta” ilə yeni müqavilə bağladı

21 May 2026 at 15:00

İspaniya La Liqasında mübarizə aparan “Selta”nın ən yaxşı bombardiri olan Yaqo Aspas sözügedən klubla yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, tərəflər arasındakı yeni müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.

38 yaşlı futbolçu daha bir mövsüm “Selta”ya futbolçu kimi xidmət göstərməyə davam edəcək. Növbəti mövsümün sonunda isə o, karyerasını bitirməyə qərar versə, klubun strukturunda fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Yaqo Aspas “Selta”nın yetirməsidir. 2006-2009-cu illərdə mütəmadi olaraq “Selta”nın “B” komandasında çıxış etmiş Aspas, 2008-ci ildə əsas komandaya keçdikdən sonra burada yerini möhkəmlədərək, 2013-cü ilə qədər əsas heyətin aparıcı futbolçusu olub. Aspas 2013-2015-ci illərdə “Liverpul”da çıxış edib və 2014-2015-ci illərdə “Sevilya”da icarədə olub. Hücumçu 2015-ci ilin iyulunda doğma klubuna qayıdıb və bu günə qədər “Selta”nın şərəfini qoruyur.

Cari mövsümdə Aspas “Selta”nın heyətində 47 oyun keçirib, 8 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Aspasın “Selta” karyerası bütövlükdə 571 oyun, 222 qol və 90 məhsuldar ötürmədən ibarətdir.

38 yaşlı futbolçunun “Selta” ilə müqaviləsinin müddəti bu ilin yayında bitəcəkdi.

Aspas 2016-cı ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasında 20 oyun keçirib, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Aspas karyerası ərzində cəmi 1 kubok qazanıb. Bu Aspasın “Sevilya”da icarə əsasında çıxış etdiyi vaxta təsadüf edir. Aspas “Sevilya” ilə 2014/2015 mövsümündə Avropa Liqasını qazanıb. O, 3-ü ardıcıl olmaqla 4 dəfə (2016/2017, 2017/2018, 2018/2019 və 2021/2022) Telmo Zarra mükafatına layiq görülüb. Bu göstəricidə Aspas hücumçu David Vilya ilə rekordu bölüşür.

Telmo Zarra mükafatı La Liqada (həmçinin Sequndada) mövsüm ərzində ən çox qol vurmuş ispan futbolçuya təqdim edilir.

“Transfermarkt” internet-portalı 38 yaşlı futbolçunu 1,8 milyon avro məbləğində qiymətləndirir.

Before yesterdayMain stream

Yaqo Aspas 70 ildən çoxdur davam edən rekordu qırdı

15 May 2026 at 17:00

İspaniya La Liqasında mübarizə aparan “Selta”nın ən yaxşı bombardiri olan Yaqo Aspas bu klubda daha bir tarixi uğura imza atıb.

Arena.az xəbər verir ki, təcrübəli hücumçu bu komandanın heyətində İspaniya çempionatında meydana çıxmış ən yaşlı futbolçu olub.

Aspas buna 38 yaş 284 günlüyündə nail olub. O, Xuan Vaskes Tenreyronun 70 ildən artıqdır yenilənməyən rekordunu qırıb. “Selta”nın La Liqa tarixindəki ən yaşlı beş oyunçusu siyahısında növbəti yerləri Visente Kaita, Qonsalo Marsa və Yayo Sans tuturlar.

Xatırladaq ki, Yaqo Aspas “Selta”nın yetirməsidir. 2006-2009-cu illərdə mütəmadi olaraq “Selta”nın “B” komandasında çıxış etmiş Aspas, 2008-ci ildə əsas komandaya keçdikdən sonra burada yerini möhkəmlədərək, 2013-cü ilə qədər əsas heyətin aparıcı futbolçusu olub. Aspas 2013-2015-ci illərdə “Liverpul”da çıxış edib və 2014-2015-ci illərdə “Sevilya”da icarədə olub. Hücumçu 2015-ci ilin iyulunda doğma klubuna qayıdıb və bu günə qədər “Selta”nın şərəfini qoruyur.

Cari mövsümdə Aspas “Selta”nın heyətində 46 oyun keçirib, 8 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Aspasın “Selta” karyerası bütövlükdə 570 oyun, 222 qol və 90 məhsuldar ötürmədən ibarətdir.

38 yaşlı futbolçunun “Selta” ilə müqaviləsinin müddəti bu ilin yayında bitəcək.

❌
❌