“Seltik”in sabiq futbolçusu: “Duranın yaxşı hücumçu keyfiyyətləri var”
“Seltik”in keçmiş futbolçusu Aleks Rae komandanın yeni transferi Kamilo Duranla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi kolumbiyalı hücumçunun Qlazqo təmsilçisi üçün faydalı ola biləcəyini qeyd edib:
“Avropanın bir neçə klubu Duranla maraqlanırdı. O, “Seltik”in oyun üslubuna uyğun hücumçudur. Düşünürəm ki, klub kolumbiyalı forvardın Premyer Liqadakı çıxışından çox, Çempionlar Liqasındakı qollarını nəzərə alıb. Baş məşqçi Martin Onil onu qısa müddətdə komandaya uyğunlaşdırmağa çalışacaq. Əminəm ki, Duran keyfiyyətli futbolçudur və “Seltik”ə fayda verəcək”.
Şotlandiya mətbuatı Duranın 5.5 milyon funt-sterlinq qarşılığında “Seltik”ə transfer olacağını iddia edib.