Normal view

Yesterday — 4 June 2026Main stream

Kasper Yulmann Karles Martineslə əvəzləndi

4 June 2026 at 20:00

Danimarkalı futbol mütəxəssisi Kasper Yulmann Almaniyanın “Bayer” komandasının baş məşqçisi vəzifəsində Karles Martineslə əvəzlənib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yulmann 2025-ci ilin sentyabr ayında “Bayer”də niderlandlı mütəxəssis Erik ten Haqın əvəzində baş məşqçi təyin edilmişdi. Həmin vaxt 53 yaşlı mütəxəssislə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalandığını açıqlanmışdı. O, Leverkuzen təmsilçisini 48 oyuna çıxarıb, 24 qələbə, 12 heç-heçə, 12 məğlubiyyət görüb. “Bayer” 2025/2026-cı illər mövsümünü 59 xalla 6-cı pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazanıb. Amma bu, klub rəhbərliyinin tam ürəyincə olmayıb. Bu üzdən də Yulmann istefaya göndərilib.

Kasper Yulmann “Bayer”dən öncə Danimarka millisinin baş məşqçisi olub. Məşqçiliyə 1998-ci ildən başlamış 54 yaşlı mütəxəssis “Nordsyelland”, “Lyunqbyu” və “Maynts” (Almaniya) klublarında da baş məşqçi kimi çalışıb. Yulmanın məşqçi kimi yeganə uğuru 2011/2012-ci illər mövsümündə “Nordsyelland”ı Danimarka çempionu etməsidir. O, həmin mövsümdə Danimarkada ilin məşqçisi də seçilib.

Artıq “Bayer”in yeni baş məşqçisinin də adına aydınlıq gəlib. Leverkuzen təmsilçisi bu postu “Tuluza”nın sabiq çalışdırıcısı Karles Martinesə həvalə edib. 42 yaşlı ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Karles Martines 2023-cü ilin yayından “Tuluza”ya rəhbərlik edirdi. Komanda ötən mövsüm onun rəhbərliyi altında Fransa Liqa 1-i 10-cu pillədə başa vurub.

❌
❌