Normal view

Today — 7 July 2026Main stream

Yusif İmanov “Kəpəz”ə lazım olmadı

7 July 2026 at 14:30

Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlaşan “Kəpəz” daha bir futbolçusu – Yusif İmanov ilə də yollarını ayırıb.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, 23 yaşlı qolkiperlə başa çatmış müqavilənin müddəti uzadılmayıb. Klub İmanova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Yusif İmanov 2025-ci ilin noyabrından “Kəpəz”in uğurları üçün çalışırdı. 23 yaşlı qolkiper Gəncə klubunun heyətində 21 oyuna çıxıb, 26 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.

Yusif daha öncə “Sabah”ın da formasını geyinib, həmçinin Kosovonun “Malişeva” klubunda legioner həyatı yaşayıb.

“Kəpəz” bu yay Rauf Hüseynli, Məmməd Hüseynov, Luis Paçu və Fərid Nəbiyevlə də yollarını ayırmış, Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə yeni müqavilə bağlamışdı.

❌
❌