“Çelsi”dən “Sportinq”ə
“Çelsi” futbolçusu Cesse Derrini icarəyə verib.
Futbolpress.az xəbər verir ki, 19 yaşlı vinger 2026/27 mövsümünü “Sportinq”də keçirəcək. Bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Cinah hücumçusu “Çelsi”nin əsas komandasında Premyer Liqada 1 oyuna çıxıb. O, “zadəganlar”ın U-21 kollektivində 27 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.