Reading view

De Zerbi keçmiş tələbəsini “Tottenhem”ə gətirmək istəyir

“Benfika”nın qapıçısı Anatoli Trubin karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Tottenhem” qolkiperin xidmətində maraqlıdır. Bu barədə “A Bola” nəşri məlumat yayıb.

London klubunun baş məşqçisi Roberto De Zerbi “Şaxtyor”da birlikdə çalışdığı Trubini yenidən komandasında görmək istəyir.

24 yaşlı qapıçının “Benfika” ilə müqaviləsi 2028-ci ilin yayına kimdiir. O, bu mövsüm 50 oyunda 43 qol buraxıb. Ukraynalı qolkiper 21 matçda qapısını toxunulmaz saxlayıb.

❌