Reading view

Premyer Liqa klubunda yeni müqavilə

“Nyukasl” futbolçusu Fabian Şerlə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə anlaşmanın müddəti 2027-ci ilin yayına kimi artırılıb.

Fabian 2018-ci ildən “Nyukasl”da çıxış edir. İsveçrəli futbolçu başa çatan mövsümdə Premyer Liqada 16 oyuna çıxıb.

❌