“Qarabağ”ın yetirməsi “Şəfa”da
“Şəfa” növbəti transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, Bakı təmsilçisi qapıçı Məmməd Hüseynovu heyətinə qatıb. 27 yaşlı qolkiperlə ilə 1 illik müqavilə imzalanıb.
“Qarabağ”ın yetirməsi olan Məmməd Hüseynov son olaraq “Kəpəz”də çıxış edib. O, eyni zamanda “Zirə”nin də formasını geyinib.