“Mançester Siti” gənc futbolçusu ilə “davam” dedi
“Mançester Siti” futbolçusu Divin Mukasa ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2030-cu ilin yayına kimidir.
Mukasa başa çatan mövsümü “Lester”də icarədə keçirib. O, Çempionşipdə 15 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.