Reading view

Rocers “yarışı”na “Real” da qoşuldu

“Aston Villa”nın futbolçusu Morqan Rocers karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” 23 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Kral klubu” Rocers üçün 100 milyon avro ödəməyə hazırdır.

Morqanla “Bavariya”, “Arsenal”, “Mançester Yunayted” kimi klublar da maraqlanır.

İngiltərəli futbolçu başa çatan mövsümdə Premyer Liqada 37 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

❌