Rüdiger: “Ağlamağa davam etməliyik?”
“Real”ın futbolçusu Antonio Rüdiger açıqlama verib.
Futbolpress.az AS nəşrinə istinadən xəbər verir ki, müdafiəçi komandanın son iki mövsümdə titul qazanmamasına münasibət bildirib:
“Titul qazanmamağımız normal deyil, amma nə olsun? Ağlamağa davam etməliyik? Xeyr. İrəli baxmaq lazımdır. İtirilən şeylər geri qayıtmır”.
“Real” La Liqada mövsümü ikinci sırada bitirib.