La Liqa klubu “Yuventus”un hücumçusu ilə danışıqlara başladı
“Yuventus”un futbolçusu Duşan Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Atletiko” serbiyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Madrid klubu “qoca sinyora” ilə müqaviləsi yaya qədər olan forvardla danışıqlara başlayıb.
Vlahoviç bu mövsüm A Seriyasında 17 oyunda 5 qol vurub.