Reading view

Londonda “zadəganlar”la görüş

“Real”ın sabiq baş məşqçisi Xabi Alonso “Çelsi”yə rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssis Londona gəlib və klub nümayəndələri ilə görüş keçirib. Alonso ilə bağlı yaxın zamanda qərar veriləcək.

“Çelsi” bir müddət əvvəl baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb.

London klubu Premyer Liqada 36 turdan sonra 49 xalla 9-cu sıradadır.

“Çelsi”, yoxsa “Mançester Siti”?

Bu gün İngiltərə Federasiya Kubokunun qalibi məlum olacaq.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Çelsi” və “Mançester Siti” üz-üzə gələcək.

“Uembli” stadionunda baş tutacaq matça saat 18:00-da start veriləcək.

Federasiya Kubokunun son qalibi “Kristal Pelas” olub. Komanda finalda məhz “Mançester Siti”yə qalib gəlib.

❌