Reading view

İraola həyəcanlıdır

“Liverpul”un yeni baş məşqçisi Andoni İraola açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “qırmızılar”a təyinatı ilə bağlı fikirlərini bölüşüb:

“Həqiqətən, çox həyəcanlıyam. “Liverpul” kimi kluba rəhbərlik etmək şərəfdir. Dünyanın ən böyük komandalarından birindəyəm. Burda ulduz futbolçularla işləmək fürsətim olacaq. Kluba çempionluqlar qazandırmaq üçün birlikdə çalışacağıq”.

“Liverpul” İraola ilə iki illik müqavilə imzalayıb.

“Liverpul”un İraola ilə anlaşmasının detalları

“Liverpul”un yeni baş məşqçisi Andoni İraola olacaq.

Futbolpress.az xəbər verir ki, “qırmızılar”ın ispan mütəxəssislə anlaşmasının detalları məlum olub. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İraola yeni klubu ilə üç illik müqavilə imzalayacaq. 43 yaşlı mütəxəssisin məşqçilər korpusunda Pablo de la Torre, Tommi Elfik, Şon Kuper və Teo Uebber olacaq.

Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.

İraola ötən mövsüm “Bornmut”a rəhbərlik edib.

❌