Reading view

“Neftçi”dən ayrılan futbolçu İraq klubuna keçə bilər

“Neftçi”dən ayrılan Vensan Abubakar karyerasını İraqda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Zako” klubu hücumçunun keçidində maraqlıdır. Bu barədə Afrika mətbuatı məlumat yayıb.

34 yaşlı futbolçu ilə danışıqlar davam edir.

Abubakar ötən mövsüm “Neftçi” ilə Premyer Liqada 16 oyunda 7 qol vurub. O, müqaviləsi başa çatdığı üçün klubdan ayrılıb.

❌