“Fənərbağça”nın sabiq hücumçusu “Qalatasaray”a keçir
“Qalatasaray” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “cim-bom” “Əl Nəsr”dən Con Duranla anlaşıb. Bu barədə “Sabah” nəşri məlumat yayıb. İstanbul klubu 22 yaşlı hücumçunu bir mövsümlük icarəyə götürəcək.
Duranın son klubu “Zenit” olub. O, Sankt-Peterburq təmsilçisində icarədə çıxış edib.
Kolumbiyalı futbolçu daha əvvəl Türkiyədə “Fənərbağça”nın formasını geyinib.