Maldini yenidən millidə – bu dəfə fərqli ampluada
İtaliya millisinin yeni idman direktoru açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Keçmiş futbolçu Paolo Maldini bundan sonra yığmanın idman direktoru vəzifəsini icra edəcək.
Maldini bundan öncə “Milan”da çalışıb. O, 2023-cü ildən işsiz idi.